Avropa rekord həcmdə mayeləşdirilmiş təbii qaz idxal edib
Avropa ötən qış mayeləşdirilmiş təbii qaz (LNG) idxalını rekord həddə çatdırıb.
Operativ Media xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) qaz bazarına dair hesabatında deyilir.
Bildirilir ki, Avropada təbii qaz istehlakı təxminən 1% azalıb, bərpa olunan elektrik enerjisi istehsalının artması isə enerji sektorunda qaz istehlakına təsir göstərib.
Hesabatda deyilir ki, təbii qaza tələbatın azalmasına baxmayaraq, Avropaya mayeləşdirilmiş təbii qaz idxalı 2025-2026-cı illərin qışında rekord həddə çatıb. Bu da boru kəməri ilə qaz idxalının və daxili istehsalın azalması fonunda mayeləşdirilmiş təbii qazın regionda baza təchizatının struktur mənbəyi kimi mövqeyini möhkəmləndirib.
Ümumilikdə, Şimali Amerika və Afrikada yeni mayeləşdirmə layihələri oktyabr-fevral aylarında qlobal LNG ticarətinin 12% (və ya 29 milyard kubmetr) artıb.