Menyu

RİNN: WUF13 çərçivəsində rabitə xidmətlərinin dayanıqlığı üçün hazırlıqlar tamamlanır

Ayşən Sadıxzadə
RİNN: WUF13 çərçivəsində rabitə xidmətlərinin dayanıqlığı üçün hazırlıqlar tamamlanır

WUF13 Forumunun keçiriləcəyi ərazilərdə dayanıqlı və keyfiyyətli rabitə xidmətlərinin təmin edilməsi məqsədilə aidiyyəti qurumlar tərəfindən zəruri təşkilati və texniki tədbirlər həyata keçirilib.

Bu barədə Operativ Media-nın sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən (RİNN) bildirilib.

Məlumata görə, bu çərçivədə mobil operatorların tezlik ehtiyacları öyrənilib, müvafiq radiotezlik resursları ayrılıb, infrastrukturun hazırlıq səviyyəsi qiymətləndirilib və əməliyyat koordinasiyası təmin olunub:

"İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) tədbirlərin keçiriləcəyi ərazilərdə sahə ölçmələri aparıb və ilkin texniki hesabatlar hazırlayıb.

Tədbir ərazisində şəbəkə tutumunun artırılması, ictimai Wi-Fi xidmətlərinin dayanıqlığının təmin edilməsi, kibertəhlkəsizlik istiqamətlərində müvafiq işlər görülüb.

İştirakçıların tədbirə gətirəcəyi radioelektron vasitələrə icazə və tezlik ayrılması üçün müraciətlərin elektron qəbulu məqsədilə xüsusi portal (wuf13-e-permission.icta.az) istifadəyə verilib.

Görülmüş tədbirlər nəticəsində WUF13 Forumu çərçivəsində rabitə və İKT xidmətlərinin dayanıqlığının təmin olunması istiqamətində əsas hazırlıq işləri həyata keçirilib. Hazırda müəyyən texniki və koordinasiya məsələləri üzrə işlər davam etdirilir və proseslər nəzarətdə saxlanılır".

Əlaqəli Xəbərlər