Menyu

Ərdoğan: Türkiyə yeni dünyada güc mərkəzinə çevrilir

Operativ Media
Ərdoğan: Türkiyə yeni dünyada güc mərkəzinə çevrilir

Rəcəb Tayyib Ərdoğan Türkiyənin çoxqütblü dünyada yeni güc mərkəzlərindən birinə çevrilmək üçün ən güclü namizədlərdən biri olduğunu bəyan edib.

Operativ Media xəbər verir ki, bu fikirləri o, “Türkiyə Əsrinin investisiya üçün Güclü Mərkəz Proqramı” çərçivəsində çıxışı zamanı səsləndirib.

Türkiyə lideri bildirib ki, hazırda həm bölgə, həm də dünya iqtisadiyyatı qeyri-müəyyən və sarsıntılı dövrdən keçir. Onun sözlərinə görə, münaqişələr enerji ilə yanaşı istehsal, ticarət, turizm və nəqliyyat kimi sahələrə ciddi təsir göstərir.

Ərdoğan vurğulayıb ki, Türkiyə regional və qlobal gərginliyin fonunda sabitlik adası rolunu gücləndirib və qlobal iqtisadi sistemdə əhəmiyyətli dayaqlardan birinə çevrilib.

Prezident qeyd edib ki, ölkə artıq sadəcə tranzit və ya körpü rolunda deyil, enerji və ticarət dəhlizlərinin əsas mərkəzlərindən biri kimi çıxış edir.

O əlavə edib ki, Türkiyə yeni dövrə uyğun strategiyalarını formalaşdırır, infrastrukturunu gücləndirir və qlobal dəyişikliklərə hazırlaşır.


Əlaqəli Xəbərlər