Ukrayna və Səudiyyə Ərəbistanı arasında strateji əməkdaşlıq müzakirə edilib
Operativ Media
Ukrayna Prezidenti Səudiyyə Ərəbistanının Vəliəhdi Məhəmməd bin Salmanla görüşüb.
Operativ Media xəbər verir ki, görüşdə iki ölkə arasında strateji təhlükəsizlik sahəsində əməkdaşlığın inkişafı müzakirə olunub.
Əməkdaşlığın əsas istiqamətləri kimi Ukraynanın hava hücumundan müdafiə sahəsində təcrübəsinin paylaşılması, enerji sektorunda tərəfdaşlıq və qlobal qida təhlükəsizliyi məsələləri qeyd edilib.
Tərəflər beynəlxalq münasibətlərdə artan gərginlik fonunda ikitərəfli əlaqələrin mühüm rol oynadığını vurğulayıb, həmçinin Yaxın Şərq və Körfəz regionundakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.
Görüşün nəticəsi olaraq, müvafiq istiqamətlər üzrə konkret tapşırıqlar müəyyən edilib və onların icrası üçün işçi qruplara göstəriş verilib.