Menyu

Azərbaycan və Çin rəqəmsal inkişaf və dezinformasiyaya qarşı mübarizəni müzakirə edib

Operativ Media
Azərbaycan və Çin rəqəmsal inkişaf və dezinformasiyaya qarşı mübarizəni müzakirə edib

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Çinin Kiberfəza İdarəsinin naziri Çjuan Junvenlə ikitərəfli əməkdaşlığı müzakirə edib.

Operativ Media xəbər verir ki, bu barədə Hikmət Hacıyev “X” hesabında paylaşım edib.

Tərəflər Azərbaycan və Çin arasında mövcud strateji tərəfdaşlıq çərçivəsində rəqəmsal inkişaf, sosial media sahəsində əməkdaşlıq, həmçinin dezinformasiya və “deepfake” məzmunlarla mübarizə məsələlərini müzakirə ediblər.

"Azərbaycan və Çin arasındakı hərtərəfli strateji tərəfdaşlıq əsasında Çinin Kiberfəza İdarəsinin naziri cənab Çjuan Junvenlə ölkələrimiz arasında rəqəmsal inkişaf, sosial media və dezinformasiya və dipfeyklərlə mübarizə sahəsində ikitərəfli əməkdaşlığı müzakirə etdik", - deyə o qeyd edib.


Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər