Menyu

KİV: Uitkoff və Kuşner İslamabada gedir - YENİLƏNİB

Operativ Media
KİV: Uitkoff və Kuşner İslamabada gedir - YENİLƏNİB

ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff və dövlət başçısının kürəkəni Cared Kuşner İran tərəfi ilə danışıqlar aparmaq üçün şənbə günü İslamabada uçacaqlar.

Operativ Media xəbər verir ki, bu barədə cümə günü Ağ Evin rəsmi nümayəndəsi Kerolayn Levitt mətbuat nümayəndələri ilə söhbəti zamanı bildirib.

"Uitkoff və Cared iranlıların mövqeyini dinləmək üçün sabah Pakistana yola düşəcəklər", - o bildirib.

Onun sözlərinə görə, Ağ Evdə bu görüşün müsbət irəliləyişlərə səbəb olacağına ümid edirlər.

21:22

ABŞ Prezidenti Donald Tramp İranla danışıqların növbəti mərhələsi üçün xüsusi nümayəndəsi Stiv Uitkoff və müşaviri Cared Kuşneri Pakistana göndərmək qərarı verib.

Operativ Media CNN telekanalına istinadən xəbər verir ki, nümayəndə heyəti İslamabadda İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşəcək.

Qeyd olunur ki, bu danışıqlar son aylarda davam edən diplomatik təmasların davamıdır və tərəflər mümkün razılaşma üzərində işləyirlər.

Məlumata əsasən, ABŞ vitse-prezidenti Cey Di Vens hazırda danışıqlarda birbaşa iştirak etməyəcək, lakin prosesdə irəliləyiş olacağı halda Pakistana səfər edə bilər.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər