Menyu

Əraqçi İslamabadda Asim Munir ilə görüş keçirib

Operativ Media
Əraqçi İslamabadda Asim Munir ilə görüş keçirib

İranın xarici işlər naziri Seyid Abbas Əraqçi Pakistanın paytaxtı İslamabad şəhərinə səfəri çərçivəsində Pakistan ordusunun baş komandanı Asim Munir ilə görüş keçirib.

Operativ Media xarici KİV-ə istinadən xəbər verir ki, görüşdə regionda təhlükəsizlik vəziyyəti, Yaxın Şərqdə artan gərginlik və diplomatik danışıqların perspektivləri müzakirə olunub. Tərəflər həmçinin İran və Pakistan arasında siyasi, təhlükəsizlik və regional əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Görüş zamanı iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi, həmçinin regional problemlərin siyasi və diplomatik yollarla həlli imkanları da müzakirə edilib.

Əlaqəli Xəbərlər