Menyu

İsrail pilotsuz təyyarələri Livanın cənubuna zərbələr endirib

Şəfa Hüseynli
İsrail pilotsuz təyyarələri Livanın cənubuna zərbələr endirib

İsrail Hərbi Hava Qüvvələrinin ölkənin cənub bölgələrinə etdiyi pilotsuz təyyarə hücumları nəticəsində ən azı üç livanlı yaralanıb.

Operativ Media xəbər verir ki, bu barədə Livan hökumətinin Fövqəladə Hallar Qərargahı bildirib.

"İsrail dronları Yaxmur əş-Şqif kəndində bir pikap yük maşınına və Əl-Əyn ərazisində bir motosikletə zərbə endirib, nəticədə üç mülki şəxs yaralanıb". - məlumatda qeyd edilib.

Hesabatda bildirilir ki, günün birinci yarısında Beyt Lif, Marvahein, Houla, El-Qantara və El-Qusayr kəndləri İsrail artilleriya atəşinə tutulub. Həmçinin, Tir yaxınlığındakı Vadi Həsən ərazisinə də atəş açılıb.

Buna cavab olaraq Hizbullah milis bölmələri İsrail ərazisinə doqquz dəfə raket və dronlar atıb. 

Əlaqəli Xəbərlər