Menyu

Kolumbiyada matəm elan ediləcək - YENİLƏNİB

Operativ Media
Kolumbiyada matəm elan ediləcək - YENİLƏNİB

Kolumbiyanın cənub-qərbindəki Kauka departamentindəki Panamerika şosesində baş vermiş partlayış nəticəsində qurbanların sayı 20 nəfərə çatıb.

Operativ Media xəbər verir ki, bu barədə regionun qubernatoru Oktavio Qusman "X" sosial şəbəkəsində məlumat verib.

"Hazırkı vəziyyətə görə, rəsmi hesabatda mülki əhali arasında 20 nəfərin - 15 qadın və 5 kişinin həlak olduğu qeyd olunur, onların hamısı yetkinlik yaşına çatmış şəxslər idi. 36 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb, onlardan üçü hələ də reanimasiyadadır", - deyə o bildirib.

Qusmanın sözlərinə görə, xəsarət almış beş uşağın vəziyyəti stabildir və onların həyatı üçün heç bir təhlükə yoxdur.

Departament rəhbərliyi həlak olanların xatirəsinə üç günlük matəm elan etmək qərarına gəlib.

Hökumət şurası hazırda təhlükəsizlik tədbirləri hazırlayır, eləcə də qurbanların qohumlarına humanitar və psixoloji dəstəyin göstərilməsi qaydasını müəyyənləşdirir.

08:30

Kolumbiyanın cənub-qərbindəki Kauka departamentində Panamerika avtomobil yolunda törədilən partlayış nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb.

Operativ Media -nın məlumatına görə, regionun qubernatoru Oktavio Qusman bu barədə "X" sosial şəbəkəsində bildirib.

"Hazırda aralarında beş azyaşlı da olmaqla 14 nəfərin ölümü və 38 nəfərdən çox insanın yaralanması barədə məlumat veririk", - o yazıb.

Qubernator hadisəni mülki şəxslərə qarşı hücum adlandırıb və partlayıcı qurğunun avtomobil yolunda böyük izdiham zamanı partladıldığını, humanitar fəlakətə səbəb olduğunu bildirib.

O, həmçinin regionda zorakılıqların kəskin şəkildə artdığını bildirərək, son saatlar El-Tambo, Kaloto, Popayan, Quaçene, Merkaderes və Miranda da daxil olmaqla bir neçə yaşayış məntəqəsində hücumların və toqquşmaların baş verdiyini qeyd edib.

Region rəhbəri Kolumbiyanın mərkəzi hakimiyyətini təcili tədbirlər görməyə və müdafiə nazirini təhlükəsizlik səylərini əlaqələndirmək üçün göndərməyə çağırıb. O.Qusman qeyd edib ki, səhiyyə sistemi imkanları sərhədində işləyir.

"Caracol Radio" nəşrinin məlumatına görə, 2016-cı il sülh müqaviləsini imzalamayan keçmiş FARC təşkilatının üzvləri ilə əlaqəli olan "Xayme Martines" qruplaşması hücumlara görə məsuliyyət daşıyır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər