Menyu

Hakan Fidan İran, Pakistan və ABŞ rəsmiləri ilə danışıqlar prosesini müzakirə edib

Operativ Media
Hakan Fidan İran, Pakistan və ABŞ rəsmiləri ilə danışıqlar prosesini müzakirə edib

Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ rəsmiləri, eləcə də iranlı və pakistanlı həmkarları ilə telefon vasitəsilə İran-ABŞ danışıqlar prosesini müzakirə edib.

Operativ Media xəbər verir ki, bu barədə TASS agentliyinə Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə məlumat verib.

"Xarici işlər naziri Hakan Fidan aprelin 26-da amerikalı vasitəçilərlə telefon danışığı aparıb. Tərəflər ABŞ və İran arasındakı danışıqların mövcud vəziyyəti barədə fikir mübadiləsi aparıblar", - deyə mənbə bildirib.

Məlumatda həmçinin qeyd olunub ki, şənbə günü axşam saatlarında H.Fidanın iranlı və pakistanlı həmkarları ilə də eyni mövzuda təmasları olub: "Aprelin 25-də Fidan İranın xarici işlər naziri Abbas Araqçı və Pakistanın xarici işlər naziri İshaq Dar ilə ayrı-ayrılıqda telefon danışığı aparıb. Müzakirələr İran və ABŞ arasındakı danışıqlar prosesindəki son hadisələrə həsr olunub"..

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər