Menyu

Çexiyanın Baş naziri Azərbaycana gəlib - YENİLƏNİB

Operativ Media
Çexiyanın Baş naziri Azərbaycana gəlib - YENİLƏNİB

Aprelin 26-da Çex Respublikasının Baş naziri Andrey Babiş Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Operativ Media xəbər verir ki, Qəbələ Beynəlxalq Hava Limanında Çex Respublikasının Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Çexiyanın Baş naziri Andrey Babişi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və digər rəsmi şəxslər qarşıladılar.

17:39

Bu gün Çexiyanın Baş naziri Andrey Babiş Azərbaycana səfərə gəlir.

Operativ Media xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsində məlumat yayıb.

"Azərbaycan. Avropa İttifaqından xaricə ilk rəsmi səfərim yeni başlayır", - o vurğulayıb.

Qeyd edək ki, səfər regional xarakter daşıyır və Çexiya hökumətinin başçısı Qazaxıstan və Özbəkistanda da səfərdə olacaq.

Səfər zamanı Nazirlər Kabinetinin başçısını Çexiyanın Baş nazirinin birinci müavini - sənaye və ticarət naziri Karel Havliçek (Karel Havlíček), həmçinin çexiyalı iş adamlarından ibarət nümayəndə heyəti müşayiət edəcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər