Əraqçi yenidən İslamabada səfər edib
Operativ Media
İran xarici işlər naziri Abbas Əraqçi yenidən İslamabada qayıdıb.
Operativ Media xəbər verir ki, Pakistana səfərdən sonra Maskatda Oman Sultanı Heysəm bin Tariq ilə görüşən Abbas Əraqçi yenidən İslamabada qayıdıb.
Abbas Əraqçinin iki gün ərzində Pakistana ikinci səfəri çərçivəsində ölkənin ali rəhbərliyi ilə görüşlər keçirməsi gözlənilir.
Bundan əvvəl İran Xarici İşlər Nazirliyi Abbas Əraqçnin Omandan sonra Rusiyaya səfər edəcəyini açıqlamışdı.
Qeyd edək ki, ABŞ-İran danışıqlarının birinci raundu aprelin 12-də İslamabadda keçirilib. Hazırda Pakistan rəsmiləri ABŞ-İran danışıqlarının ikinci raundunun təşkilinə çalışır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net