İran XİN rəhbəri Rusiyaya səfər edib
Operativ Media
İranın xarici işlər naziri Abbas Araqçı Rusiyaya səfər edib. Onun Rusiya Prezidenti Vladimir Putin tərəfindən qəbul ediləcəyi gözlənilir.
Operativ Media xəbər verir ki, bu barədə IRNA agentliyi məlumat yayıb.
Agentliyin verdiyi xəbərə görə, Abbas Araqçı aprelin 27-si səhər saatlarında Sankt-Peterburqa gəlib.
Daha əvvəl bildirilmişdi ki, İran diplomatiyasının rəhbəri səfər çərçivəsində Yaxın Şərqdəki münaqişənin nizamlanmasını müzakirə etməyi planlaşdırır. Rusiya Xarici İşlər Nazirliyi TASS agentliyinə Araqçının danışıqlar aparmaq məqsədilə Rusiyaya səfər etdiyini təsdiqləyib. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov dövlət başçısının iranlı nazirlə görüşünün planlaşdırıldığını bildirib.