Menyu

İsrailin Livanın cənubuna endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 2500-ü keçib

Operativ Media
İsrailin Livanın cənubuna endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 2500-ü keçib

Ötən sutka ərzində İsrail Hərbi Hava Qüvvələrinin Livanın cənub ərazilərinə endirdiyi zərbələr nəticəsində azı 13 nəfər həlak olub.

Operativ Media xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 30 Livan vətəndaşı müxtəlif dərəcəli xəsarətlər alıb.

"Martın 2-də hərbi eskalasiyanın başlamasından bəri öldürülən vətəndaşların ümumi sayı 2 509-a, yaralıların sayı isə 7 755-ə çatıb", - məlumatda qeyd edilib.

Əlaqəli Xəbərlər