Menyu

Hindistanda göyərtəsində 232 sərnişin olan təyyarənin mühərriki yanıb

Şəfa Hüseynli
Hindistanda göyərtəsində 232 sərnişin olan təyyarənin mühərriki yanıb

Hindistanın Yeni Dehli hava limanında göyərtəsində 232 sərnişin olan təyyarənin mühərriki alovlanıb.

Operativ Media xəbər verir ki, bu barədə "The Times of India" məlumat yayıb.

Bildirilib ki, "Swiss Airlines" şirkətinə məxsus LX0147 reysi ilə uçan təyyarənin mühərriklərindən biri sıradan çıxıb və daha sonra alovlanıb.

Məlumata görə, ekipaj uçuşu dayandırıb və sərnişinlər təxliyə edilib. Təyyarədə heyət üzvləri daxil olmaqla 232 sərnişin var idi. Onlardan altısı yaralanaraq xəstəxanaya yerləşdirilib. Hadisədən sonra uçuş-enmə zolağı bağlanıb.


Əlaqəli Xəbərlər