Menyu

Gürcüstanda Azərbaycan vətəndaşları da daxil olmaqla 55 qanunsuz əcnəbi saxlanılıb

Şəfa Hüseynli
Gürcüstanda Azərbaycan vətəndaşları da daxil olmaqla 55 qanunsuz əcnəbi saxlanılıb

Gürcüstanda kompleks tədbirlər nəticəsində Rusiya, Özbəkistan, Türkiyə, Belarus, Qırğızıstan, Azərbaycan, İordaniya, Fil Dişi Sahili, Banqladeş, Türkmənistan və Pakistan vətəndaşları da daxil olmaqla 55 qanunsuz əcnəbi saxlanılıb.

Operativ Media xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, saxlanılan şəxslərin Gürcüstanın əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu haqqında qanununda müəyyən edilmiş tələbləri pozaraq ölkə ərazisində olduqları müəyyən edilib.

Açıqlanan məlumatda deyilir: "Hazırda saxlanılanlar Miqrasiya İdarəsinin müvəqqəti saxlama mərkəzində saxlanılır. Onların ölkədən çıxarılması üçün müvafiq prosedurlar həyata keçirilir".

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər