Çin dünyanın ən böyük mayeləşdirilmiş təbii qaz daşıyıcısını istismara verib
Çin ən böyük yerli istehsal olan mayeləşdirilmiş təbii qaz (LNG) daşıma gəmisini müştəriyə çatdırıb.
Operativ Media xəbər verir ki, bu barədə "Sinxua" məlumat yayıb.
Bildirilib ki, "Celsius Georgetown" adlı tanker artıq limanı tərk edib və Sinqapura doğru yola düşüb.
Gəmi iki yanacaqlı, aşağı sürətli mühərrik sistemi ilə təchiz olunub. Uzunluğu 298,8 metr və eni 48 metr olan LNG daşıyıcısı 180.000 kubmetrə qədər yanacaq daşıya bilir.
Şirkətin proqram meneceri Lu Jinlongun sözlərinə görə, şirkətin hazırkı sifariş kitabına daha beş oxşar LNG daşıyıcısı daxildir. Hamısı tikintinin müxtəlif mərhələlərindədir. Seriyadakı ikinci gəminin üç ay ərzində müştəriyə təhvil verilməsi gözlənilir.
Məlumatda qeyd edilib ki, bu tankerlərin əsas vəzifəsi yükü -163°C ultra aşağı temperaturda maye vəziyyətdə saxlamaqdır.