Menyu

Banqladeş enerji böhranı ilə mübarizə aparmaq üçün xüsusi komitə yaradır

Şəfa Hüseynli
Banqladeş enerji böhranı ilə mübarizə aparmaq üçün xüsusi komitə yaradır

Banqladeş parlamenti Yaxın Şərqdəki münaqişə nəticəsində ölkənin çətin enerji vəziyyətini həll etmək üçün xüsusi komitə yaradıb.

Operativ Media xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.

Bildirilib ki, Enerji və Mineral Ehtiyatlar naziri İqbal Həsən Mahmudun sədrlik etdiyi komitəyə hakim Banqladeş Millətçi Partiyasından beş üzv və beş müxalifət nümayəndəsi daxildir. Məlumata görə, 10 üzvdən səkkizi milli parlamentin üzvləridir.

Qeyd edilib ki, 2026-cı ilin aprel ayının əvvəlində Banqladeş hökuməti yanacaq və elektrik enerjisinə qənaət etmək üçün ölkə daxilində ofislərdə, ticarət mərkəzlərində və bazarlarda iş saatlarını azaltmaq qərarına gəlib.

Bundan əlavə, hakimiyyət orqanları enerji sektorunda (elektrik enerjisi və qaz istehsalı da daxil olmaqla) xərclərin 30% azaldılmasını göstəriş verib. Növbəti üç ay ərzində yeni dövlət nəqliyyat vasitələri və ya kompüter avadanlığı alınmayacaq. Dövlət qulluqçuları üçün xarici səfərlərin və təlim proqramlarının sayı yarıya endiriləcək, görüşlər və seminarlar üçün qonaqpərvərlik xərcləri isə 50% azaldılacaq.

Əlaqəli Xəbərlər