Qırğızıstan və Çinin müdafiə nazirləri təhlükəsizlik məsələlərini müzakirə ediblər
Şəfa Hüseynli
Çinin müdafiə naziri Donq Cun aprelin 27-də Bişkekə rəsmi səfərə gəlib.
Operativ Media xəbər verir ki, bu barədə Qırğızıstan Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, səfər çərçivəsində Çin müdafiə naziri Donq Cun Qırğızıstan müdafiə naziri Ruslan Mukambetovla görüşüb.
Görüşdə tərəflər hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və perspektivlərini müzakirə edib, aktual regional və beynəlxalq təhlükəsizlik məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv dövlətlərin müdafiə nazirlərinin görüşü aprelin 28-də Bişkekdə keçiriləcək.