Menyu

Əraqçi ilə Putinin görüşü baş tutub - YENİLƏNİB

Şəfa Hüseynli
Əraqçi ilə Putinin görüşü baş tutub - YENİLƏNİB

İranın xarici işlər naziri Abbas Əraqçinin Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşü saat yarımdan çox davam edib.

Operativ Media xəbər verir ki, bu barədə A.Əraqçi özünün "Telegram" kanalında məlumat yayıb.

"Putinlə çox yaxşı bir görüşümüz olub və bəlkə də saat yarımdan çox davam edib", - o bildirib və qeyd edib ki, söhbət zamanı ikitərəfli münasibətlər, regional problemlər, ABŞ rejimi və İsrailin hücumları daxil olmaqla, bütün məsələlər ətraflı şəkildə müzakirə olunub:

"Həmçinin iki ölkə arasındakı əməkdaşlığa da diqqət yetirilib, çox yaxşı fikirlər səsləndirilib. Hazırda əməkdaşlıq üçün çox yaxşı zəmin mövcuddur. Putin həmçinin qeyd edib ki, hazırda nəinki Rusiya, bütün dünya ABŞ qarşısında göstərdiyi mətanətə və bu qeyri-bərabər müharibədə qazandığı qələbəyə görə İran xalqına heyrandır. Biz bu müharibə müddətində verdikləri dəstəyə görə rusiyalı dostlarımıza təşəkkür edir və İranın yeni şəraitdə Moskva ilə strateji münasibətləri və tərəfdaşlığı davam etdirmək əzmində olduğunu bəyan edirik".

13:52

Rusiya Prezidenti Vladimir Putin aprelin 27-də Sankt-Peterburqda İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşəcək.

Operativ Media xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Peskov qeyd edib ki, "Prezident Sankt-Peterburqdakı prezident kitabxanasına gedəcək və orada İranın xarici işlər naziri Əraqçi ilə ikitərəfli görüş keçirəcək". 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər