Menyu

Aydın Mirzəzadə: Azərbaycan beynəlxalq arenada etibarlı tərəfdaş imicini möhkəmləndirir

Ayşən Sadıxzadə
Aydın Mirzəzadə: Azərbaycan beynəlxalq arenada etibarlı tərəfdaş imicini möhkəmləndirir

Azərbaycanın strateji müttəfiqlərinin dairəsi getdikcə genişlənir və bu ölkənin beynəlxalq səviyyədə etibarlı tərəfdaş kimi formalaşan imici ilə birbaşa bağlıdır. Azərbaycan həm beynəlxalq hüquq çərçivəsində öz milli maraqlarını və təhlükəsizliyini qoruyur, həm də digər dövlətlərlə bərabərhüquqlu və qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq qurur.

Bu sözləri Operativ Media-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib. 

O bildirib ki, təsadüfi deyil ki, son dövrlərdə müxtəlif ölkələrin rəhbərləri Azərbaycana çoxsaylı səfərlər edir. Prezident İlham Əliyev beynəlxalq tədbirlərdə arzulanan qonaqlardan biri kimi qəbul olunur. Son günlər Ukrayna Prezidenti Volodimir Zelenski və Çexiya Baş naziri Andrey Babişin Azərbaycana səfərləri də bu marağın və etimadın göstəricisidir:

“Xüsusilə qeyd etmək lazımdır ki, Çexiya Avropa Birliyi üzvüdür, Ukrayna isə bu ittifaqa daxil olmasa da, Avropa ilə sıx inteqrasiya kursu götürüb. Bu kontekstdə Azərbaycanın hər iki istiqamətdə balanslı və çevik xarici siyasəti beynəlxalq diqqəti cəlb edir.

Eyni zamanda, Azərbaycanın əməkdaşlıq gündəliyi yalnız enerji təhlükəsizliyi ilə məhdudlaşmır. Yeni sahələr iqtisadiyyat, nəqliyyat, texnologiya və digər istiqamətlər də getdikcə daha çox ön plana çıxır. Xarici liderlərin səfərləri zamanı bu yeni əməkdaşlıq imkanlarının müzakirə olunması artıq formalaşmış bir tendensiyadır.

Bütün bunlar onu göstərir ki, yaxın perspektivdə Azərbaycanın beynəlxalq tərəfdaşlıq şəbəkəsi daha da genişlənəcək və ölkənin regional və qlobal mövqeyi daha da möhkəmlənəcək”.

Əlaqəli Xəbərlər