Almaniya səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
Almaniyanın Moskvadakı səfiri Qraf Lambsdorffu Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Operativ Media xəbər verir ki, Rusiya XİN Almaniya tərəfinə, Volodimir Zelenski administrasiyasının dəstəyi ilə Almaniya Bundestaqının üzvü Roderix Kiesewetter ilə “İçkeriya Çeçenistan Respublikası”nın lideri Axmed Zakayev arasında keçirilən görüşlə bağlı etirazını bildirib.
Almaniyalı deputat Belqorod və Kursk vilayətlərində çeçen mücahidlərin Rusiya əleyhinə fəaliyyətini alqışlayıb və onları Almaniya ilə fəal əməkdaşlığa çağırıb.
Moskva alman deputatın Zakayevlə görüşünü Almaniya hakimiyyətinin Rusiyanın daxili işlərinə müdaxilə etmək və milli təhlükəsizliyə təhdid yaratmaq niyyətində olduğunun, o cümlədən Kiyevdəki rejimin himayəsi altında fəaliyyət göstərən strukturlarla əməkdaşlığının sübutu kimi qiymətləndirib.
Almaniya tərəfinə bu cür hərəkətlərin dağıdıcı nəticələri barədə xəbərdarlıq edilib.