Sadır Japarov ŞƏT müdafiə nazirləri ilə görüşüb
Şəfa Hüseynli
Qırğızıstan Prezidenti Sadır Japarov Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv dövlətlərin müdafiə nazirlərini qəbul edib.
Operativ Media xəbər verir ki, bu barədə Prezident Administrasiyası məlumat verib.
Dövlət başçısı qeyd edib ki, Qırğızıstan hazırkı ŞƏT-in sədri kimi müdafiə sektorunda praktiki əməkdaşlığın inkişafına, o cümlədən birgə təlimlərin keçirilməsinə, təcrübə mübadiləsinin aparılmasına və müdafiə nazirlikləri arasında koordinasiyanın gücləndirilməsinə xüsusi əhəmiyyət verir.
Prezident müdafiə nazirlərinin görüşündə əldə edilən razılaşmaların ŞƏT regionunda müdafiə əməkdaşlığının və ümumi təhlükəsizliyin daha da möhkəmləndirilməsinə töhfə verəcəyinə əminliyini bildirib.