Türkiyə XİN rəhbəri Avstriyaya rəsmi səfər edəcək
Türkiyənin xarici işlər naziri Hakan Fidan 29-30 aprel tarixlərində Avstriyaya rəsmi səfəri zamanı İran və Hörmüz boğazı ətrafındakı vəziyyəti, Ukraynadakı münaqişəni, İsrail siyasətini və Aİ ilə münasibətləri müzakirə edəcək.
Operativ Media xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, o, Avstriya xarici işlər naziri Beate Meinl-Reisinger ilə görüşəcək.
Fidan həmçinin Avstriyada Türkiyənin Avropaya inteqrasiyası məsələsini müzakirə edəcək. O, Türkiyənin Aİ-yə tam üzvlüklə bağlı əvvəlki mövqeyini qoruduğunu və Türkiyə-Aİ münasibətlərinə strateji baxışla yanaşmağın və bu məsələnin siyasi məqsədlər üçün istifadəsinə yol verməməyin bütün tərəflərin maraqlarına uyğun olduğunu bildirəcək. Türkiyə xarici işlər nazirinin həmçinin Türkiyə-Aİ münasibətlərindəki mövcud çıxılmaz vəziyyəti aradan qaldırmaq üçün əməkdaşlığa daha əhatəli və institusional yanaşmanın zəruriliyini bildirməsi gözlənilir.