İranın Böyük Britaniyadakı səfiri XİN-ə çağırılıb
Operativ Media
İranın Böyük Britaniyadakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.
Operativ Media xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb.
Buna səbəb kimi İran səfirliyinin sosial şəbəkələrdə paylaşdığı qəbuledilməz və təhrikedici şərhlər göstərilib.
Britaniyanın Yaxın Şərq məsələləri üzrə naziri Hamiş Falkoner səfiri qəbul edərək bildirib ki, bu cür hərəkət və açıqlamalar tamamilə qəbuledilməzdir.
Böyük Britaniya Xarici İşlər Nazirliyi qeyd edib ki, İran səfirliyi Böyük Britaniyada və ya beynəlxalq miqyasda zorakılığı təşviq kimi qiymətləndirilə biləcək istənilən kommunikasiya formasına son qoymalıdır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net