Kobaxidze: Gürcüstan dialoqa hazırdır
"Zəif tərəf hər zaman dialoqdan qorxur. Əlbəttə ki, Avropa İttifaqı bizdən daha böyükdür, mən bunu nəzərdə tutmuram. Həqiqət Avropa İttifaqının tərəfində olmadığından zəif tərəf hesab olunmalıdır. Həqiqət bizim tərəfimizdədir".
Operativ Media xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərlə söhbətində bildirib.
Onun sözlərinə görə, Avropa İttifaqı ilə siyasi dialoq mümkün olan çərçivədə davam edəcək.
"Biz gürcü xalqına güvənirik. Komandamız həmişə gürcü xalqına güvənib və gələcəkdə də güvənməyə davam edəcək. Avropa Birliyinə gəldikdə isə, siyasi dialoq mümkün olan hədlər daxilində davam edəcək. Biz dialoqa son dərəcə açıqıq və bunu həmişə bildirmişik: Avropa bürokratiyasının Gürcüstan hakimiyyəti ilə dialoqu bərpa etmək istəyini görən kimi açıq olacağıq. Görürük ki, onların münasibəti fərqlidir. Dialoqdan və müzakirələrdən qorxduqlarından sovet yanaşmasını xatırladır" - Baş nazir qeyd edib.