Menyu

Hakan Fidan xorvatiyalı həmkarı ilə görüşüb

Operativ Media
Hakan Fidan xorvatiyalı həmkarı ilə görüşüb

Xorvatiyanın xarici və Avropa işləri üzrə naziri Qordan Grliç Radman Dubrovnik şəhərində türkiyəli həmkarı Hakan Fidan ilə görüşüb.

Operativ Media xəbər verir ki, bu barədə məlumat Grliç Radmanın "X" sosial şəbəkə hesabında yayılıb.

"Üç Dəniz Təşəbbüsü Sammiti çərçivəsində türk həmkarımla görüşdüm", - o bildirib və Avropanın Şimalı ilə Cənubu arasında nəqliyyat, enerji bağlantısınının gücləndirilməsinin hədəfləndiyini əlavə edib.

Qeyd edək ki, Üç Dəniz Təşəbbüsü (Adriatik, Baltik və Qara dənizləri əhatə edir) sammitləri bəzi strateji sahələrə fokuslanır. Bunlardan biri enerjidir və regional enerji müstəqilliyini artırmaq, bərpa olunan enerji mənbələrinə keçidi nəzərdə tutur. Bundan başqa, Şimal-Cənub nəqliyyat dəhlizlərinin və infrastrukturun inkişafı planlaşdırılır. Həmçinin rəqəmsal infrastrukturun və kiber-təhlükəsizliyin gücləndirilməsi əsas hədəflərdən biridir. Xüsusilə Ukraynadakı müharibə fonunda regionun təhlükəsizliyi və NATO-nun şərq cinahının möhkəmləndirilməsi də müzakirə mövzusudur.

Əlaqəli Xəbərlər