Menyu

"Google" və Pentaqon süni intellekt sahəsində razılaşma əldə edib

Operativ Media
"Google" və Pentaqon süni intellekt sahəsində razılaşma əldə edib

“Google” şirkəti ABŞ Müharibə Nazirliyi ilə məxfi məlumatların işlənməsi üçün süni intellekt modellərinin təqdim olunmasına dair razılaşma əldə edib.

Operativ Media xəbər verir ki, bu barədə “The Information” məlumat yayıb.

Bildirilib ki, müqaviləyə əsasən, bu texnologiyalar daxili kütləvi nəzarət və ya insan nəzarəti olmadan avtonom silahların yaradılması üçün istifadə edilə bilməz.

Eyni zamanda, “Google”un hökumətin əməliyyat qərarlarına təsir etmək və ya veto qoymaq hüququ olmayacaq.

Şirkət bildirib ki, həm məxfi, həm də açıq layihələrdə dövlət qurumları ilə əməkdaşlıq edir.

Əlaqəli Xəbərlər