Tramp Almaniya kanslerini tənqid edib
ABŞ Prezidenti Donald Tramp Almaniya kansleri Fridrix Mertsin İranla bağlı mövqeyini sərt tənqid edib.
Operativ Media xəbər verir ki, o, bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib.
Onun sözlərinə görə, əgər İranın nüvə silahı olsaydı, bu ölkə bütün dünyanı girov saxlaya bilərdi. ABŞ prezidentinin fikrincə, Vaşinqtonun hazırda İrana qarşı atdığı addımlar daha əvvəl həyata keçirilməli idi.
Tramp eyni zamanda Almaniyanın daxili vəziyyətini də tənqid edərək, ölkədə iqtisadi və digər sahələrdə problemlərin çox olduğunu bildirib.
Daha əvvəl isə Fridrix Merts ABŞ-nin İranla apardığı danışıqların effektiv olmadığını demişdi. Onun sözlərinə görə, iranlılar gözləniləndən daha güclü mövqe nümayiş etdirir və ABŞ-nin danışıqlarda kifayət qədər inandırıcı strategiyası yoxdur.
Merts əlavə edib ki, İran danışıqları ya çox ustalıqla aparır, ya da eyni dərəcədə ustalıqla onlardan yayınır.