Menyu

Zelenski: Dron razılaşmaları Yaxın Şərqdən Qafqaza qədər tətbiq olunur

Operativ Media
Zelenski: Dron razılaşmaları Yaxın Şərqdən Qafqaza qədər tətbiq olunur

Beynəlxalq tərəfdaşlarla xüsusi əməkdaşlıq formatı - "dron sövdələşmələri" artıq Yaxın Şərq və Fars körfəzi, Avropa və Qafqaz ölkələri ilə həyata keçirilir.

Operativ Media xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "X" hesabında yazıb.

Onun sözlərinə görə, müvafiq təklif amerikalı tərəfdaşlar tərəfindən də nəzərdən keçirilir. O qeyd edib ki, bu format havada, quruda və dənizdə etibarlı müdafiə yaratmaq üçün lazım olan dronları, müdafiə sistemlərini və digər silah növlərini əhatə edir.

Ukrayna Prezidenti vurğulayıb ki, bu cür müqavilələrin şərtləri Kiyev üçün əlverişli olmalı, ciddi nəzarətlə müşayiət olunmalı və ixrac gəlirləri ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsinə yönəldilməlidir.

"Mütləq belə olacaq", - deyə o əlavə edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər