Menyu

KİV: Tramp köməkçilərinə İranın uzunmüddətli blokadasına hazırlaşmaq əmri verib

Operativ Media
KİV: Tramp köməkçilərinə İranın uzunmüddətli blokadasına hazırlaşmaq əmri verib

ABŞ lideri Donald Tramp köməkçilərinə İranın uzunmüddətli blokadaya alınması planını hazırlamaq barədə tapşırıq verib.

Operativ Media xəbər verir ki, bu haqda "The Wall Street Journal" (WSJ) qəzeti mənbələrinə istinadən məlumat yayıb.

Məlumata əsasən, Ağ Ev rəhbəri son vaxtlar gəmilərin, o cümlədən neft tankerlərinin İran limanlarından çıxışına imkan verməməklə, İslam Respublikasının iqtisadiyyatına təzyiq göstərilməsini dəstəklədiyini bildirib. ABŞ administrasiyası rəhbərinin fikrincə, digər variantlar — bombardmanların bərpası və ya münaqişədən çəkilmək — Vaşinqton üçün blokadanın davam etdirilməsindən daha çox risk daşıyır.

Nəşr qeyd edir ki, Tramp İrana qarşı gələcək addımlarla bağlı ziddiyyətli tövsiyələr almaqdadır. Bəzi rəsmilər Ağ Evin Tehrana təzyiqi artırmasını açıq şəkildə dəstəkləsələr də, digərləri Hörmüz boğazının qapalı qalmasının və ya hərbi əməliyyatların davam etdirilməsinin ABŞ iqtisadiyyatına zərər vuracağından, həmçinin Konqresə keçiriləcək aralıq seçkilərdə Respublikaçılar Partiyasının nəticələrinə mənfi təsir göstərəcəyindən ehtiyat edirlər.

Əlaqəli Xəbərlər