Menyu

Avstraliyada təyyarə qəzası baş verib

Şəfa Hüseynli
Avstraliyada təyyarə qəzası baş verib

Cənubi Avstraliyanın Adelaida şəhəri yaxınlığındakı Parafild hava limanında təyyarə anqara çırpılıb və yanğın baş verib.

Operativ Media xəbər verir ki, bu barədə "ABC Australia" məlumat yayıb.

Bildirilib ki, bu səbəbdən hava limanı bütün uçuşlar üçün bağlanıb.

İlkin məlumata görə, təyyarə eniş etməyə çalışarkən uçuş-enmə zolağının yaxınlığındakı anqara çırpılıb.

Hadisə nəticəsində havaya qatı tüstü qalxıb, əraziyə təcili yardım xidmətləri göndərilib və təhlükəsizlik səbəbi ilə hava limanının ətrafı boşaldılıb.

Aeroport sözçüsü bütün hava nəqliyyatının dayandırıldığını və heyətlərin yanğınla mübarizə apardığını açıqlayıb.

Xəsarət alanlar barədə hələlik rəsmi açıqlama verilməyib.

Əlaqəli Xəbərlər