Menyu

İsveç vətəndaşlıq almaq üçün qaydaları sərtləşdirir

Operativ Media
İsveç vətəndaşlıq almaq üçün qaydaları sərtləşdirir

İyunun 6-dan İsveçdə vətəndaşlıq almaq üçün daha sərt qaydalar qüvvəyə minəcək.

Operativ Media xəbər verir ki, yeni qaydalara görə, vətəndaşlıq almağa görə müraciət üçün minimum yaşayış müddəti beş ildən səkkiz ilə qədər artırılır.

Həmçinin 16 yaşdan yuxarı şəxslər üçün İsveç dili və sosial elmlərdən məcburi imtahanlar da tətbiq olunur.

Onların tətbiqi oktyabrın 1-nə qədər təxirə salına bilər.

Eyni zamanda, hakim partiyaların nümayəndələri vurğulayıblar ki, qaydaların sərtləşdirilməsi təhlükəsizliyin artırılması və cinayətkarlıqla əlaqələri olan şəxslərin vətəndaşlıq almasının qarşısının alınması məqsədi daşıyır və yeni qaydalar mümkün qədər tez tətbiq edilməlidir.

Nəticədə qanun 258 səs çoxluğu ilə, 33 səs əleyhinə olmaqla qəbul edilib, 58 üzv isə iştirak etməyib.

Əlaqəli Xəbərlər