Menyu

Azərbaycandan tranzit keçməklə Ermənistana taxıl və gübrə göndəriləcək - YENİLƏNİB

Operativ Media
Azərbaycandan tranzit keçməklə Ermənistana taxıl və gübrə göndəriləcək - YENİLƏNİB

Bu gün Azərbaycan ərazisindən keçməklə Ermənistana Rusiya taxılı və gübrəsi daşıyan 7 vaqondan ibarət yük qatarı "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri Dəmiryol Stansiyasından yola düşüb.

Operativ Media xəbər verir ki, bu ölkəyə 4 vaqondan ibarət çəkisi 279 ton olan taxıl, 3 vaqondan ibarət çəkisi 203 ton olan gübrə göndərilib.

Daha sonra qatar Böyük Kəsik Dəmiryol Stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.

İndiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 25 min tondan çox taxıl, 1 600 tondan çox gübrə və 68 ton qarabaşaq göndərilib.



***
10:34

Bu gün Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana taxıl və gübrə göndəriləcək.

Operativ Media xəbər verir ki, bu ölkəyə yük "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri Dəmiryol Stansiyasından yola düşəcək.

Əlaqəli Xəbərlər