Gürcüstan 103 əcnəbi vətəndaşı deportasiya edib
Şəfa Hüseynli
Gürcüstanda 103 əcnəbi vətəndaş deportasiya edilib.
Operativ Media xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Miqrasiya Departamenti tərəfindən görülən kompleks tədbirlər nəticəsində Türkmənistan, Rusiya, Hindistan, Özbəkistan, Pakistan, Çin, Belarus, Nepal, Tailand, Banqladeş, Efiopiya, Yəmən, İraq, İordaniya, Nigeriya, Sudan, Filippin və digər ölkələrin ümumilikdə 103 vətəndaşı ölkədən çıxarılıb.
Mövcud qanunvericiliyə uyğun olaraq, deportasiya edilən şəxslərin ölkəyə girişi qadağan edilib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net