Menyu

Putin: Dağıstan rəhbərinin fəaliyyəti başa çatır

Operativ Media
Putin: Dağıstan rəhbərinin fəaliyyəti başa çatır

Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Dağıstan rəhbəri Sergey Melikov öz vəzifəsində fəaliyyətini başa çatdırır və başqa vəzifəyə keçir.

Operativ Media xəbər verir ki, bu barədə Putin Kremldə region nümayəndələri ilə görüşündə bildirib.

"Dağıstanın fəaliyyətdə olan rəhbəri Sergey Alimoviç Melikovun səlahiyyət müddəti sentyabrda başa çatır. O, çox iş görüb. Və biz buna görə ona minnətdarıq. Lakin o, başqa işə keçir, həyat davam edir", - Putin bildirib.

Məlumata görə, Dağıstan parlamentinin sədri Zaur Asgenderov rəhbər vəzifəsinə Dağıstan Ali Məhkəməsinin sədri Fyodor Şukini təklif edib.

Sədr Dağıstan rəhbəri vəzifəsinə ikinci namizəd kimi Rusiya Prezidentinin Uzaq Şərq Federal Dairəsindəki səlahiyyətli nümayəndəsinin müavini Maqomed Ramazanovu təklif edib.

Putin hər iki namizədi dəstəkləyib: "Maqomed Ramazanov sellərin fəsadlarının aradan qaldırılmasında özünü yaxşı göstərdi, mən onun namizədliyinin əleyhinə deyiləm. Fyodor Şukin prinsipial, münaqişəsiz işləyir. Ümid edirəm ki, Şukin Dağıstan rəhbəri olarsa, təsərrüfat xarakterli məsələlərin öhdəsindən gələcək".

Əlaqəli Xəbərlər