Menyu

Zelenski: Sanksiyaların sinxronlaşdırılması və kölgə donanmasına qarşı mübarizə gücləndirilir

Operativ Media
Zelenski: Sanksiyaların sinxronlaşdırılması və kölgə donanmasına qarşı mübarizə gücləndirilir

Ukrayna Prezidenti Volodimir Zelenski tərəfdaş ölkələrlə sanksiyaların sinxronlaşdırılması istiqamətində işlərin aktivləşdirildiyini açıqlayıb.

Operativ Media xəbər verir ki, o, bu barədə teleqram hesabında paylaşım edib.

O bildirib ki, Ukraynanın xarici işlər naziri Andrey Sibiqa bu və digər beynəlxalq təmaslar barədə məruzə edib.

Qeyd olunub ki, tərəfdaş ölkələrin yurisdiksiyalarında Ukrayna sanksiyalarının, Ukraynada isə tərəfdaş sanksiyalarının uyğunlaşdırılması üzrə fəaliyyət genişləndirilir.

Prezident əlavə edib ki, Rusiya tərəfindən müvəqqəti işğal olunmuş ərazilərdən oğurlanan taxılın daşınmasında istifadə edilən “kölgə taxıl donanması”na qarşı daha sistemli mübarizə aparılır. Bu istiqamətdə son günlər İsrail ilə bağlı xüsusi müzakirələrin keçirildiyi, Ukrayna diplomatları və Baş Prokurorluq Ofisinin prosesə cəlb olunduğu vurğulanıb.

Zelenski qeyd edib ki, Ukrayna həmçinin “kölgə neft donanması”na qarşı da oxşar mübarizə mexanizmləri qurur.

Əlaqəli Xəbərlər