ABŞ-nin Avropada təxminən 80 min hərbçisi var və bu kontingentin ölçüsü ilə strukturu beynəlxalq vəziyyətdəki dəyişikliklərə uyğun olaraq mütəmadi şəkildə tənzimlənir.
Operativ Media xəbər verir ki, bu barədə ABŞ-nin Avropa Komandanlığının (EUCOM) nümayəndəsi TASS-a bildirib.
“Hazırda Avropada təxminən 80 min ABŞ hərbi qulluqçusu yerləşdirilib. Onların 38 mini Almaniyada daimi və rotasiya əsasında yerləşir”, — deyə EUCOM-un sözçüsü qeyd edib.
Onun sözlərinə görə, bu qüvvələr Almaniyanın Visbaden, Reynland-Pfalts, Ştutqart və Bavariya kimi bölgələrində yerləşdirilib.