Niderlandda vəliəhd şahzadəyə qarşı sui-qəsd planında şübhəli bilinən şəxs saxlanılıb
Operativ Media
Niderlandın hüquq-mühafizə orqanları vəliəhd şahzadə Katarina- Amaliya və onun bacısı şahzadə Aleksiyaya qarşı sui-qəsd planında şübhəli bilinən şəxsi saxlayıb.
Operativ Media xəbər verir ki, saxlanılan şəxs 33 yaşlı Haaqa sakinidir, sui-qəsd planını fevral ayında hazırlamağa başlayıb.
Bildirilib ki, onun evində aparılan axtarış zamanı üzərində şahzadələrin adları və nasist salamları həkk olunmuş iki balta, həmçinin monarxın qızları barədə qeydlərin yer aldığı və “qanlı qırğın” törətmək niyyətini əks etdirən bir vərəq aşkar edilib.
İş üzrə ilk məhkəmə iclası mayın 4-də keçiriləcək.