Menyu

Donald Trump Nobel Sülh Mükafatı namizədləri sırasında ola bilər

Operativ Media
Donald Trump Nobel Sülh Mükafatı namizədləri sırasında ola bilər

ABŞ Prezidenti Donald Trampın 2026-cı il Nobel Sülh Mükafatına namizədlər siyahısında olduğu ehtimal edilir.

Operativ Media "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə Norveç Nobel Komitəsinin katibi Kristian Berq Harpvikən məlumat verib. Onun sözlərinə görə, bu il mükafata 287 namizəd (208 fərd və 79 təşkilat) iddialıdır və ötən illə müqayisədə siyahıda xeyli yeni ad peyda olub.

Daha əvvəl Kamboca, İsrail və Pakistan liderləri Trampın namizədliyini irəli sürdüklərini bəyan etmişdilər. Əgər bu müraciətlər həqiqətən baş tutubsa, onlar 2025-ci ilin yaz və yay aylarında edildiyi üçün etibarlı sayılır; çünki namizədliklərin irəli sürülməsi üçün son müddət yanvarın 31-də başa çatıb. Lakin "Reuters" qeyd edir ki, namizədlərin siyahısı məxfi saxlanıldığı üçün bu iddiaları rəsmən yoxlamaq mümkün deyil.

Tramp özü də dəfələrlə Nobel Sülh Mükafatına layiq olduğunu bildirib. O, 2025-ci ildə iddia etmişdi ki, vəzifəyə gəldikdən sonra ən azı səkkiz müharibənin qarşısını ala bilib. Bu ilin yanvarında isə Venesuela müxalifətinin lideri Mariya Korina Maçado Ağ Evdəki görüş zamanı simvolik olaraq öz Nobel mükafatını Trampa təqdim etmişdi (həmin vaxt mükafat təşkilatçıları laureat statusunun yalnız şəxsin özündə qaldığını bəyan etmişdilər).

Buna baxmayaraq, mart ayında Trampın bu mövzuya münasibəti kəskin şəkildə dəyişib. O, mükafatı almaq perspektivləri barədə sualı cavablandırarkən "Artıq bu mənim üçün maraqlı deyil" deyə bildirib. ABŞ Prezidenti həmçinin etiraf edib ki, İranla olan münaqişənin gələcəkdə onun mükafat almaq şanslarına necə təsir edəcəyini bilmir.

Əlaqəli Xəbərlər