Menyu

Saməddin Əsədov: Rəqəmsal inkişaf medianı daha sürətli edir

Şəfa Hüseynli
Saməddin Əsədov: Rəqəmsal inkişaf medianı daha sürətli edir
Rəqəmsal inkişafın idarə olunması və rəqəmsal infrastrukturun genişləndirilməsi ölkədə dayanıqlı inkişaf üçün mühüm potensial yaradır.

Operativ Media xəbər verir ki, bu fikirləri "İctimai proseslər media müstəvisində" mövzusunda forumda rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov bildirib.

Onun sözlərinə görə, hazırkı mərhələdə əsas yanaşma ayrı-ayrı layihələrdən vahid və inteqrasiya olunmuş sistemə keçidin təmin edilməsidir. 
"Rəqəmsal transformasiya və bu sahədə həyata keçirilən islahatlar artıq iqtisadi inkişafın mühüm tərkib hissəsinə çevrilmişdir. Bu keçid həm də müxtəlif sahələr arasında əlaqələrin gücləndirilməsinə və yeni imkanların yaranmasına şərait yaradır". -S.Əsədov qeyd edib.

O vurğulayıb ki, digər vacib istiqamətlərdən biri kibertəhlükəsizlik və rəqəmsal təhlükəsizliyin təmin edilməsidir. Daxili məlumatların qorunması və informasiya təhlükəsizliyinin gücləndirilməsi məqsədilə həyata keçirilən yeni layihələr rəqəmsal inkişafın davamlılığını təmin edir. Bu sahədə görülən işlər ölkənin ümumi təhlükəsizlik sisteminin möhkəmləndirilməsinə də töhfə verir.

Əlaqəli Xəbərlər