Menyu

Ceyhun Bayramov iranlı həmkarı ilə telefon danışığı aparıb - YENİLƏNİB

Operativ Media
Ceyhun Bayramov iranlı həmkarı ilə telefon danışığı aparıb - YENİLƏNİB

1 may tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi arasında telefon danışığı baş tutub.

XİN-dən Operativ Media-ya verilən məlumata görə, telefon danışığı zamanı Azərbaycan-İran ikitərəfli əlaqələri, eləcə də regionda mövcud vəziyyət ətrafında müzakirə aparılıb.

Seyid Abbas Əraqçi tərəfindən İranın son sülh təşəbbüsləri və regionda müharibə vəziyyətinə son qoyulması istiqamətində mövqeyi barədə məlumat verilib.

Tərəflər regionda sabitliyin və təhlükəsizliyin təmin olunması, gərginliyin azaldılması istiqamətində səylərin vacibliyi vurğulayıblar.

Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

***

15:56

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və İran xarici işlər naziri Abbas Əraqçi telefon danışığı zamanı Yaxın Şərqdəki cari vəziyyəti müzakirə ediblər.

Operativ Media xəbər verir ki, bu barədə Seyid Abbas Əraqçi sosial media hesabında paylaşım edib.


Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər