Menyu

Braziliyada daşqınlar nəticəsində dörd nəfər ölüb

Operativ Media
Braziliyada daşqınlar nəticəsində dörd nəfər ölüb

Braziliyanın şimal-şərqindəki Pernambuku ştatında güclü yağışlar nəticəsində baş verən daşqınlar və torpaq sürüşmələri nəticəsində ən azı dörd nəfər ölüb, onlarla insan yaralanıb.

Operativ Media xəbər verir ki, bu barədə "CNN Brasil" məlumat yayıb.

Bildirilib ki, ən çətin vəziyyət bölgənin paytaxtı Resifa şəhəri və onun ətraf ərazilərində yaranıb.

Güclü yağışlar dağlıq ərazilərdə torpaq sürüşmələrinə, yaşayış binalarının uçmasına və magistral yolların su altında qalmasına səbəb olub. Məlumata görə, indiyə qədər dörd ölüm hadisəsi qeydə alınıb, yaralıların dəqiq sayı müəyyənləşdirilir.

Əlaqəli Xəbərlər