Menyu

ABŞ yeni nəsil strateji sualtı qayığı 2028-də təhvil alacaq

Operativ Media
ABŞ yeni nəsil strateji sualtı qayığı 2028-də təhvil alacaq

Qitələrarası ballistik raketlərlə təchiz edilmiş yeni nəsil "Columbia" sinfinə məxsus ilk strateji sualtı qayıq 2028-ci ildə ABŞ Hərbi Dəniz Qüvvələrinə (HDQ) təhvil veriləcək.

Operativ Media xəbər verir ki, bu barədə "General Dynamics" korporasiyası məlumat yayıb.

"USS District of Columbia" atom sualtı qayığının istismara verilməsi ABŞ nüvə triadasının modernləşdirilməsi proqramı çərçivəsində Pentaqonun ən mühüm yaxınmüddətli prioritetlərindən biridir.

ABŞ Müdafiə Nazirliyinin məlumatına görə, hazırda "GD Electric Boat" zavodunda inşası davam edən sualtı qayıq 2030-cu ildə özünün ilk patrul xidmətinə hazır olmalıdır. 

Əlaqəli Xəbərlər