ABŞ Kuba hökumətinə qarşı sanksiyaları genişləndirib
ABŞ Prezidenti Donald Tramp Kuba hökumətinə qarşı sanksiyaların genişləndirilməsi barədə fərman imzalayıb.
Operativ Media xəbər verir ki, bu barədə Ağ Evin açıqlamasında bildirilib.
Məlumata görə, Tramp tərəfindən imzalanan sərəncamda Kuba hökumətə qarşı sanksiyaları genişləndirməklə, o, Kuba hökumətinin nümayəndələrini, vəzifəli şəxslərini, maliyyə dəstəkçilərini və hökumət korrupsiyasında və ya ciddi insan haqları pozuntularında iştirak edən şəxsləri hədəf alır.
Kubanın qlobal bankçılıq sistemə girişi məhdudlaşdırmaq məqsədi daşıyan fərmana əsasən, "ikinci dərəcəli sanksiyalar" həmin ölkə ilə əlaqələri səbəbindən artıq sanksiya tətbiq edilmiş şəxslər, qurumlar və maliyyə qurumları ilə əməliyyatlar aparan şəxslərə və qurumlara da tətbiq ediləcək.