Slovakiyanın Azərbaycandakı səfiri: Azərbaycanın Qarabağ bölgəsinin bərpa templəri dəyərli biliklər verir
Azərbaycanın Qarabağ bölgəsinin bərpa templəri dəyərli biliklər verir.
Operativ Media xəbər verir ki, bu barədə Slovakiyanın Azərbaycandakı səfiri Elçin Qasımov "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
"Həmkarlarımla (xarici diplomatik korpusun nümayəndələri mayın 1-2-də bölgəyə səfər ediblər - red.) birlikdə Azərbaycan Prezidenti Administrasiyasının dəvəti ilə Qarabağa səfər etdik. Bərpa və inkişafın miqyası, templəri həqiqətən heyranedicidir və dəyərli biliklər verir", - E.Qasımov bildirib.
Together with colleagues, visited #Karabakh at the invitation of 🇦🇿 Presidential Administration. The scale and pace of reconstruction and development are truly remarkable and provide valuable insights. 🇸🇰🤝🇦🇿 @HikmetHajiyev@SlovakiaMFA @AzerbaijanMFA #Khojaly #Khankendi… pic.twitter.com/tytnJbefqX
— Elčin Gasymov (@GasymovElcin) May 2, 2026