Ana səhifə / İdman / Piklbol komandasının heyəti ABŞ-də təyyarə qəzasında həlak olub Piklbol komandasının heyəti ABŞ-də təyyarə qəzasında həlak olub 03.05.2026, 15:38 Operativ Media ABŞ-nin Texas ştatında baş verən təyyarə qəzasında piklbol komandasının bütün heyəti həlak olub. Operativ Media xəbər verir ki, bu barədə "Fox News" telekanalı xəbər verib. "Amarillo" klubunun oyunçuları Nyu-Braunfelsdə keçirilən turnirə gedirmiş. Qeyd olunur ki, qəza zamanı ərazidə hava buludlu olub və sonra ildırım çaxıb.Nəticədə pilot və dörd sərnişin həlak olub. Faktla bağlı araşdırma başlanıb. Komandanın getdiyi turnir ləğv edilib.