Hamburq hava limanında uçuşlar dayandırılıb
Operativ Media
Almaniyanın Hamburq şəhər aeroportunda hava nəqliyyatının hərəkəti kiçik təyyarənin qəza enişi etməsi ilə əlaqədar müvəqqəti dayandırılıb.
Operativ Media “Bild” qəzetinə istinadla xəbər verir ki, Kann şəhərindən gələn “Socata TBM-700C” markalı təyyarə aeroporta qəza enişi edib.
Hadisə nəticəsində təyyarənin ön təkəri sıradan çıxıb.
Təhlükəsizlik səbəbi ilə uçuşlar dayandırılıb.
Təyyarənin göyərtəsində iki nəfər olub. Hadisə nəticəsində xəsarət alan olmayıb. Qəzanın səbəbləri araşdırılır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net