Ana səhifə / Dünya / Malatyada avtobus aşıb Malatyada avtobus aşıb 03.05.2026, 22:00 Operativ Media Türkiyənin Malatya vilayətinin Doğanşehir rayonunda ağır yol qəzası baş verib. Operativ Media xəbər verir ki, qəza nəticəsində 4 nəfər həyatını itirib,15 nəfər isə yaralanıb. Belə ki, axşam saatlarında hərəkətdə olan sərnişin avtobusu idarəetmədən çıxaraq dərəyə aşıb. Hadisə yerinə polis, jandarma, səhiyyə və yanğınsöndürmə qrupları cəlb edilib. Malatya valisi Seddar Yavuz bildirib ki, yol qəzası ilə bağlı araşdırma aparılır.