Türkiyə Nazirlər Kabineti bu gün Yaxın Şərq, iqtisadiyyat və terrorizmlə mübarizə məsələlərini müzakirə edəcək
Şəfa Hüseynli
Türkiyə Nazirlər Kabineti Prezident Ərdoğanın sədrliyi ilə Beştəpədə toplanacaq.
Operativ Media xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Bildirilib ki, müzakirə mövzusunun əsası ABŞ ilə İran arasında atəşkəs prosesi olacaq. Nazirlər Kabinetinin iclasında Yaxın Şərqdəki bütün hadisələr və onların iqtisadiyyata təsiri də müzakirə olunacaq.
Həmçinin, iqtisadi proqram bazarların mövcud vəziyyətin müzakirəsi aparılacaq.